Azərbaycanda polis generalı vəfat edib 

14:26 29.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda polis generalı vəfat edib.

 

Hafta.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun sabiq rəisi, polis general-mayoru Mehman Təhməzov dünyasını dəyişib.

 

O, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.

 

Qeyd edək ki, M.Təhməzov 2012-ci ildə Azərbaycan İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyin edilib. 2019-cu ildə o, xidmətdə olmanın son həddi ilə əlaqədar təqaüdə göndərilib.